Meksikada neft-kimya kompleksində partlayış:3 ölü,105 yaralı

Meksikada dövlət şirkəti "Petroleos Mexicanos"a aid neft-kimya kompleksində baş verən partlayışda 3 nəfər öldü, 105 nəfər yaralandı.

475182
Meksikada neft-kimya kompleksində partlayış:3 ölü,105 yaralı

Veracruz ştatının Meksika Körfəzi sahilindəki Coatzacoalcos şəhərində yerləşən kompleksdə partlayış nəticəsində baş verən yanğın söndürüldü.

Ştatın Qubernatoru Havier Duarte mətbuata verdiyi açıqlamada partlayışın 10 kilometr məsafədən hiss edildiyini bildirərək, kimyəvi maddələrin havaya qarışma riskinə qarşı regiondan 2 mindən artıq adamın təxliyə edildiyini və 6 bölgədə də məktəblərin bağlandığını bildirdi.

Coatzacoalcosdakı kompleksdə kimyəvi abraziv material kimi istifadə edilən acı soda (natrium hidroksid) və təhlükəli kimyəvi maddə olan vinilxlorud istehsal olunur.

Qeyd edək ki, Meksika körfəzində fevral ayında da, "Pemex"ə aid olan və dənizdə yerləşən neft platformasında yanğın çıxmış, 2 nəfər həyatını itirmiş, 8 nəfər də yaralanmışdı.

Meksikanın paytaxtı Mexiko Citydə yerləşən "Pemex" şirkətinin inzibati mərkəzində 2013-cü ildə baş verən partlayışda isə 37 insan həyatını itirmişdi.

Ölkənin şimalında yenə "Pemex"ə aid olan təbii qaz kompleksində də, 2012-ci ildə baş verən başqa bir yanğında 26 nəfər ölmüşdü.



Әlaqәli Xәbәrlәr