İsrail əsgərləri 16 fələstinlini yaralayıb

İsrail əsgərlərinin, Qüdsdə yəhudi sakinlərlə fələstinlilər arasında baş verən toqquşmaya etdiyi müdaxilə nəticəsində 16 fələstinli yaralanıb.

475200
İsrail əsgərləri 16 fələstinlini yaralayıb

İsrail əsgərlərinin, Qüdsdə yəhudi sakinlərlə fələstinlilər arasında baş verən toqquşmaya etdiyi müdaxilə nəticəsində 16 fələstinli yaralanıb.

Fələstinin Qırmızı Aypara Cə​miyyə​ti bildirib ki, Qüdsün Əbu Dis qəsəbəsində baş verən toqquşmada İsrail əsgərləri rezin güllə və göz yaşardıcı qazdan istifadə edib.

Hadisəni görənlər qeyd edib ki, İsrail əsgərləri gecə boyunca müdaxiləyə davam edərək fərqli yerlərə göz yaşardıcı qaz atıblar.

Yəhudi sakinlər İsrail əsgərlərinin dəstəyi ilə Aksaya tez-tez basqın edirlər.

İordan çayının qərb sahili, Qəzzə və Qüdsdə oktyabr ayından etibarən artan basqınlara etiraz edən fələstinlilər və İsrail əsgərləri arasındakı gərginlik getdikcə də​rinlə​şir.



Әlaqәli Xәbәrlәr