Əfqanıstanda keçirilən əməliyyatlarda 17 "Taliban" üzvü öldürüldü
Əfqanıstanın şimal-şərqindəki Badahşan vilayətində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatlarda "Taliban" üzvü olan 17 terrorçu öldürüldü. Bunlardan 5-i əcnəbi əsillidir.
475410

Badahşanın Corm və Baharak qəsəbələrində keçirilən əməliyyatlarda 16 terrorçu yaralanıdı.
"Taliban"ın verdiyi məlumatda isə, Cormdaki qarşıdurmada 5 təhlükəsizlik işçisinin öldürüldüyü irəli sürülür.
Əməliyyatlar davam edir.
Künduz vilayətində dünən keçirilən əməliyyatlarda da 21 terrorçu zərərsizləşdirilmişdi.
"Taliban" keçən həftə "bahar hücumları" barədə təhdidlər etmişdi.
Әlaqәli Xәbәrlәr
Avropanın әn aktiv vulkanı püskürüb
İtaliyanın Siciliya adasında yerlәşәn Etna vulkanının püskürmәsi qeydә alınıb.

Terror tәşkilatı Boko Haramın hücumu nәticәsindә dörd hәrbçi hәyatını itirib
Bu barәdә Niger Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.