Çikaqoda “İpək Yolu” konfransı keçirilib

Konfransa ABŞ-ın çoxsaylı ictimai, biznes və akademik nümayəndələri, habelə bir sıra digər dövlət təmsilçiləri də qatılıblar.

474968
Çikaqoda “İpək Yolu” konfransı keçirilib

Avropanı Çinlə birləşdirən İpək Yolu üzərində yerləşən dövlətlərin investisiya, nəqliyyat, ticarət və tranzit potensialı ilə tanış etmək konfransın ǝsas mövzunu tǝşkil edib.

Konfransa ABŞ-ın çoxsaylı ictimai, biznes və akademik nümayəndələri, habelə bir sıra digər dövlət təmsilçiləri də qatılıblar.

Tədbir Şimali İllinoys Universitetinin Biznes Kolleci və Çikaqo Kommersiya Birjasının sponsorluğu ilə Mərkəzi Asiya Məhsuldarlığın Araşdırılması Mərkəzi tərəfindən təşkil edilib. Həmçinin, konfransın həmsponsorları qismində “Silk Way”, “Qlobal Biznes Məsləhəti” Jurnalı, Tianjin iqtisadi-texnoloji inkişaf Sahəsi, “Türk Hava Yolları”nın nümayǝndǝlǝri çıxış ediblər.



Әlaqәli Xәbәrlәr