Amerika dollarında zənci qadın rəsmi

Amerika Birləşmiş Ştatları hökuməti 5,10 və 20 dollarlıq əskinaslarını qadın hüquqları və demokratiya prinsiplərindən dolayı yenidən hazırlamaq qərarına gəlib.

475250
Amerika dollarında zənci qadın rəsmi

Amerika Birləşmiş Ştatları hökuməti 5,10 və 20 dollarlıq əskinaslarını qadın hüquqları və demokratiya prinsiplərindən dolayı yenidən hazırlamaq qərarına gəlib.

ABŞ-ın Maliyyə Nazirliyindən verilən məlumata görə yeni 20 dollarlıq əskinasların ön tərəfində köləlik əleyhdarı Afrika mənşəli amerikalı Harriet Tubmanın rəsmi yer alacaq.

Əskinasın arxa tərəfində isə ABŞ-ın 7-ci dövlət başçısı Andreu Jacksonun portreti və Ağ Evin götüntüsü olacaq. Bununla da yeni 20 dollarlar zənci qadının şəklini əks etdirən ilk ABŞ əskinası olaraq tarixə düşəcək.

Qeyd edək ki, ABŞ banknotlarındaki ilk qadın 1891-1896-ci illərdə 1 dollarlıqların üzərində təsvir edilən Martha Vaşinqtondur.



Әlaqәli Xәbәrlәr