YUNESKO Məscidi-Əqsa adını seçdi

Fələstin hökuməti BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (UNESCO) "Heykəlin dağı" yerinə “Məscidi-Əqsa" adının qəbul edilməsi qərarını müsbət qarşılayıb

474615
YUNESKO Məscidi-Əqsa adını seçdi

Fələstin hökumətinin sözçüsü Yusif Mahmud deyib: “Bu qərar Qüds şəhərindəki ərəb mirası və müsəlmanlarla xristianların müqəddəs yerlərini hədəfə alan İsrailin saxta kampaniyalarına dünyanın əhəmiyyət vermədiyi deməkdir".

YUNESCO verdiyi qərarın təcili olaraq tətbiqini tələb edib.

Fələstin prezidenti Mahmud Abbasın başçılıq etdiyi Fəth Hərəkatından verilən açıqlamada YUNESCO-nun qərarında göstərildiyi kimi, tarixi və dini məkanların həqiqi adlarının bütün diplomatik səviyyələrdə istifadə olunması üçün çağırış, İsrailin terminlərdən imtina olunması tələb edilib.

Həmas hərəkatından verilən məlumatda da YUNESKO-nun qərarının ədalətli olduğu bildirilib və Məscidi-Əqsa adı lehinə səs verən ölkələrə təşəkkür edilib.

Qeyd edək ki, YUNESCO-da keçirilən səsvermədə 33 lehinə, 6 əleyhinə və 17 bitərəf səslə "Heykəlin dağı" əvəzinə “Məscidi-Əqsa" istifadə edilməsi qəbul olunub.



Әlaqәli Xәbәrlәr