“Suriya probleminin həlli üçün Əsəd getməlidir”, B.Obama

Obama CBS televiziya kanalına verdiyi müsahibədə Suriya böhranı ilə bağlı sualları cavablandırıb

474317
“Suriya probleminin həlli üçün Əsəd getməlidir”, B.Obama

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Suriya probleminin həll edilməsi üçün ölkə başçısı Bəşər Əsədin hakimiyyətdən getməsinin vacibliyinə dair mövqelərini qoruduqlarını söyləyib.

CBS televiziya kanalına verdiyi müsahibədə Suriya böhranı ilə bağlı sualları cavablandıran Obama Bəşər Əsədi sərt tənqid edib, Suriyada baş verənlərə onun səbəbkar olduğunu, hakimiyyətdən getməsinin vacibliyini bir daha nəzərə çatdırıb.

ABŞ və Rusiyanın birgə əməkdaşlıq edə bilməməsinin bu ölkədəki vəziyyəti daha da ağırlaşdırdığını söyləyən B.Obama bunu bazar ertəsi günü Rusiya prezidenti Vladimir Putinə telefon danışığı zamanı xatırlatdığını deyib.



Әlaqәli Xәbәrlәr