Obama dəniz səfərində

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Barak Obama Səudiyyə Ərəbistanı, Birləşmiş Krallıq - İngiltərə və Almaniyanı əhatə edən altı günlük dəniz səfərinə çıxıb

474296
Obama dəniz səfərində

Paytaxt Vaşinqtondan ayrılan Obama ilk olaraq sabah Səudiyyə Ərəbistanının paytaxtı Riyadda Kral Səlman ibn Əbdüləzizlə görüşəcək, sonra ABŞ və Körfəz Əməkdaşlıq Şurası Sammitində iştirak edəcək. Toplantıda terror təşkilatı DAEŞ-lə mübarizə çərçivəsində yaradılan beynəlxalq koalisiyanın Suriya və İraqda təzyiqi artırması, Suriyadakı vətəndaş müharibəsinin sona çatdırılması, Yəmən məsələsi və İranın bölgədə addımları müzakirə olunacaq.

Səudiyyə Ərəbistanından sonra Birləşmiş Krallığa - İngiltərəyə gedəcək Obama 22 apreldə kraliça Yelizaveta ilə tarixi Vindzor (Windsor) Sarayında nahar zamanı bir araya gələcək, Baş nazir David Kemeronla da görüşəcək.

ABŞ prezidentinin son dayanacağı Almaniya olacaq ki, Obama burada dünyanın ən mühüm texnoloji “Hannover Messe" tədbirinə qatılacaq və eyni zamanda, Almaniya kansleri Angela Merkellə bir araya gələcək.



Әlaqәli Xәbәrlәr