"İntel"dən texnologiya mütəxəssisini şok edən açıqlama

Dünyanın nüfuzlu şirkətlərindən hesab edilən “İntel” 12 min işçini işdǝn çıxardır

474421
"İntel"dən  texnologiya mütəxəssisini şok edən açıqlama

Dünyanın nüfuzlu şirkətlərindən hesab edilən "İntel", maddi vəziyyətinin yaxşı olmasına baxmayaraq, işçilərin sayını azaltmağın əsas səbəbini belə izah etməkdədir: “Bu gün bir çox texnologiya şirkətləri “IBM" kimi şirkətlər, öz işçilərinin sayını azaltmaqdadırlar. Bunun özü də inkişafa aparan yoldur və strategiyadır. Bu səbəbdən də rəqabət aparmaq üçün vəziyyətimiz yaxşı olsa da işçilərimizin sayını azaldacayıq". “İntel"in bu açıqlaması bir çox texnologiya mütəxəssisini təəccübləndirib.

Qeyd edǝk ki, “İntel"in işçi sayı 107 min nəfərdir. Şirkət, heç bir maliyyə çətinliyinin olmamasına baxmayaraq, işçi sayını azaltmaq qərarı alıb. 2014-cü ildə 5 min işçisini işdən çıxardan "İntel", 2015-ci ildə bu rəqəmi 1100-ə endirmişdi. Lakin maliyyə vəziyyəti yaxşı olan bir şirkətin 2016-cı ildə, xeyli sayda işçi çıxartmaq istəməsi texnoloqların diqqətini cəlb edib. Nǝhǝng şirkǝtin qǝrarına “Apple" və “Samsung" şirkətləri, reaksiya verib.



Әlaqәli Xәbәrlәr