Dünyadakı qaçqın sayı hədəqədən çıxıb

2-ci Dünya Müharibəsindən bu yana qaçqın sayı ilk dəfə 60 milyonu keçib

474622
Dünyadakı qaçqın sayı hədəqədən çıxıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı 60 milyon qaçqının yarısının uşaq olduğunu qeyd edib.

BMT-nin məlumatlarına görə, hər üç dəqiqədə bir 1 adam yurdunu tərk edərək qaçqın vəziyyətinə düşür. Bir qaçqın yerini-yurdunu tərk edib sığındığı ölkədə orta hesabla 17 il qalır.

Son illər döyüşdən qaçan 8 milyon qaçqınla Suriya ən çox köç edən ölkə sayılıb. 8 milyonun yarısı qonşu ölkələrə, geriyə qalanların çoxu isə Avropaya üz tutur.

Cənubi Sudan, İraq və Yəmən də son illərin ən çox qaçqını olan ölkələri sırasındadır. Əfqan və fələstinlilər də uzun illərdir yerlərindən ayrılmaq məcburiyyətində qalanlar arasındadır.

Son zamanlar ən çox qaçqını himayəsinə alan isə Türkiyədir ki, hər 100 adamdan 3-ü qaçqındır.



Әlaqәli Xәbәrlәr