DEAŞ üzvü 35 terrorçu öldürülüb

Suriyada müxalifәt qüvvәlәri Hələbin şimal-şərqindəki Mari rayonuna daxil olmağa çalışan terror təşkilatı DEAŞ-ın 35 üzvünü öldürüb.

474712
DEAŞ üzvü 35 terrorçu  öldürülüb

Yerli mənbələrin mәlumatına görә, DEAŞ üzvü bir qrup terrorçu Hələbin şimal-şərqində yerləşən vә müxalifәt qüvvәlәrinin nәzarәtindә olan Mari rayonuna daxil olmağa çalışıb.

Müxalifәt qüvvələri ilә terrorçular arasında baş verәn qarşıdurma nәticәsindә 35 terrorçu öldürülüb.

Әldә olunan mәlumata görә DEAŞ terrorçuları 3 bomba yüklü avtomobillə rayona hücum tәşkil etmәk istәyib. Müxalifәt qüvvәlәrinin terrorçular Mari rayonuna daxil olmadan avtomobillәrini mәhv etdiklәri bildirilib.

Terror təşkilatı da Azәz rayonunun şərqində yerlәşәn Kafr Xan kəndini nәzarәtinә keçirib.

Xatırladak ki, terror təşkilatı DEAŞ keçən həftə Azәzin şərqində müxalifәtin nəzarətindəki Harameyn və İğde qaçqın düşərgələrinə hücum təşkil etmişdi.Hadisә nәticәsindә bir qadınla bir uşaq həyatını itirmişdi.

İğde qaçqın düşərgəsində 25-ә yaxın çadırı yandıran terror təşkilatı ən son hücumlarında Azәzin şərqindә yerlәşәn Şeyx Riyh, Bill, Tel Hüseyn, Kafr Xan, Beragide, Kızıl və Tel Batal kəndlərinin nəzarətini ələ keçirmişdi.



Әlaqәli Xәbәrlәr