Suriya müxalifləri Cenevrə sülh danışıqlarını təxirə salır

Qərarın müzakirələrdən çəkilmə mənasını daşımadığı bildirilib.

Suriya müxalifləri Cenevrə sülh danışıqlarını təxirə salır

Suriyalı müxaliflərin yaratdığı Ali Müzakirə Komitəsi heyəti atəşkəs pozuntuları və humanitar yardımların dayanması səbəbilə Cenevrə sülh danışıqlarını təktərəfli olaraq təxirə salma haqqında qərara gəliblər.

Ali Müzakirə Komitəsinin qərarının danışıqların təxirə salınması və ya müzakirələrdən çəkilmə mənasını daşımadığı bildirilib.

Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura təxirə salma qərarı alan Ali Müzakirə Komitəsi heyətinin Cenevrədə qalacağını və heyətlə qeyri-rəsmi danışıqların davam edəcəyini qeyd edib. De Mistura xüsusilə Hələbdə sürən qarşıdurmaların atəşkəs mövzusunda ciddi narahatlıq yaratdığını, lakin bir çox bölgədə atəşkəsə əməl olunduğunu söyləyib.

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama ilə Rusiyanın dövlət başçısı Vladimir Putin də telefon danışığı zamanı Suriyadakı atəşkəs məsələsini müzakirə ediblər. Hər iki lider atəşkəsin gücləndirilməsi məsələsində həmfikir olduqlarını bildiriblər.



Әlaqәli Xәbәrlәr