Narkotiklərlə mübarizə BMT-nin gündəmində

Birləşmiş Millətlər Təşkilatı qlobal narkotika siyasətini təyin etmək üçün bu gün xüsusi iclas keçirəcək.

473738
Narkotiklərlə mübarizə BMT-nin gündəmində

Birləşmiş Millətlər Təşkilatı qlobal narkotika siyasətini təyin etmək üçün bu gün xüsusi iclas keçirəcək.

BMT-nin Baş Ofisində təşkil ediləcək xüsusi yığıncaqda yüzlərlə hökumət səlahiyyətlisi, qeyri-hökumət təşkilatları nümayəndələri və alimlər qlobal narkotik problemini müzakirə edəcəklər.

Narkotik istifadəsi və ticarətinin cinayət sayılması, cəzalandırılması və narkotikin cəmiyyət və insan sağlamlığına təsiri kimi mövzuların müzakirə olunacağı iclas 3 gün davam edəcək.

BMT-nin Baş katibi Pan Gi-Mun ayın əvvəlində Rusiyanın paytaxtı Moskvada təşkil edilən narkotiklərlə mübarizə üzrə konfransda çıxışı zamanı sözügedən yığıncağın bir çox məsələlərin müzakirəsi üçün fürsət olacağını söyləmişdi.

Qeyd edəki ki, narkotiklərlə mübarizə üzrə BMT-nin xüsusi yığıncağı son dəfə 1998-ci ildə keçirilmişdi.



Әlaqәli Xәbәrlәr