Krım Tatar Milli Məclisi radikal təşkilatlar siyahısına salınıb
Rusiya Ədliyyə Nazirliyi Krım Tatar Milli Məclisini radikal təşkilatlar siyahısına daxil edib.

Nazirliyin saytında yerlǝşdirilǝn məlumat: “Krım Tatar Milli Məclisi 2016-cı ilin aprelin 18-dən etibarən radikal addımları səbəbindən fəaliyyətləri dayandırılan dini və sivil təşkilatlar siyahısına daxil edildi".
Qeyd edək ki, Rusiyanın Krıma təyin etdiyi Natalya Poklonskaya fevralın 15-də Krım Ali Məhkəməsinə müraciət edərək Krım Tatar Milli Məclisinin fəaliyyətinə xitam verilməsini istəmişdi.
Rusiya Ədliyyə Nazirliyinin, Krım Tatar Milli Məclisini radikal addımları səbəbindən fəaliyyətləri dayandırılan dini və sivil təşkilatlar siyahısına daxil edǝn qǝrarına sǝrt reaksiya göstǝrilib.
Krım Tatar Milli Məclisinin sədri Refat Çubarov, yazılı açıqlamasında, “Rusiya Dövlət Başçısı Vladimir Putin, Hitler rejimi ilə arasındakı zehni məsafəni qısaldan addımlarına daha birini ǝlavǝ edib" deyǝ vurğulayıb. Qərb dövlətlərinin Rusiyanın Krımdakı bu cəhdlərinə laqeyd qalmasını da pislǝyǝn Çubarov: görǝn Moskva rəhbərliyi sabah hansı ölkənin xalqı üçün hökm verəcək
“Rusiyanın mövqeyi Rus faşizminin təzahürüdür" deyǝn Ukrayna Parlamentinin rǝhbǝri Andrey Parubiy dǝ, Ukrayna və Krım Tatarlarının torpaqlarından Rus işğalçıların çıxarılması üçün lazımlı addımların dǝrhal atılmasınını istǝyib. Bunun Hitler və Stalin dövründən sonra ilk olduğunu vurğulayıb vǝ Ukrayna Parlamenti adından beynəlxalq təşkilatları Rusiyanın qǝbul edilmǝz siyasǝtinǝ lageyd qalınmaması haqda çağırış verib.
Әlaqәli Xәbәrlәr
Avropanın әn aktiv vulkanı püskürüb
İtaliyanın Siciliya adasında yerlәşәn Etna vulkanının püskürmәsi qeydә alınıb.

Terror tәşkilatı Boko Haramın hücumu nәticәsindә dörd hәrbçi hәyatını itirib
Bu barәdә Niger Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.