Belçikalılıar terrora qarşı yürüş etdilər

Dünən Belçikanın paytaxtı Brüsseldə minlərlə insan “Terror və şiddətə qarşı gediş" yürüşü təşkil ediblər.

472754
Belçikalılıar terrora qarşı yürüş etdilər

160 təşkilat tərəfindən təşkil edilən yürüş Brüsselin qatar stansiyasından başlayıb.

Fonteyna meydanına qədər davam edən yürüşdə terror təşkilatı DEAŞ əleyhinə şüarlar səsləndirilib. "Birlikdə sülh, azadlıq, hörmət '' sözləri yazılmış plakatlarla sülh mesajı verilib.

Yürüşdə terror qurbanlarının yaxınları, üç səmavi dinin nümayəndələri və Brüssel ictimaiyyəti iştirak ediblər. Brüssel Bourse meydanına qədər davam edən yürüşün sonunda martın 22-də törədilən terror hücumlarında həlak olanların xatirəsi anılıb və əraziyə gül-çiçəklər dəstələri qoyulub.

Qeyd edək ki, Brüsseldə martın 22-də Zaventem Havalımanı və Maelbeek metro stansiyasına edilən hücumlarda 32 nəfər ölüb, 270 nəfər yaralanmışdı.



Әlaqәli Xәbәrlәr