ABŞ-da partiyaların namizǝdlǝrini müǝyyǝnlǝşdirmǝ prosesi davam edir

Partiyaların namizǝdlǝrini müǝyyǝnlǝşdirmǝ prosesi sürǝtli şǝkildǝ davam edǝrkǝn, Demokrat Partiyanın aprelin 19-da keçirǝcǝyi ilkin seçki hǝyǝcanı zirvǝyǝ çıxıb.

472768
ABŞ-da partiyaların namizǝdlǝrini müǝyyǝnlǝşdirmǝ prosesi davam edir

ABŞ-da keçirilǝcǝk prezident seçkilǝri ilǝ bağlı yarışda Demokrat Partiyanın Nyu-Yorkdakı ilkin seçki ǝrǝfǝsindǝ partiyanın prezientliyǝ namizǝdlǝri Hillary Clinton ilǝ Berne Sanders arasındakı fǝrq 6 xala düşüb.

Clinton bazar günü Nyu-Yorkun Mt.Vernon vǝ Long İsland bölgǝsi ilǝ Staten İsland qǝsǝbǝlǝrindǝ xalqa müraciǝt edib. O deyib ki, silah lobbisi ölkǝdǝki ǝn güclü lobbidir. Polisin zorakılığı vǝ ölümlǝrin qarşısını almalıyıq. Bununla yanaşı silah lobbisinǝ dǝ mane olmalıyıq.

Respublikaçı Partiyanın namizǝdi Donald Trumpın ona yönǝldilmiş hǝrǝkǝtlǝrinǝ cavab vermǝyǝcǝyini vurğulayan Clinton Trumpın qadınları, miqrantları, ǝlillǝri vǝ müsǝlmanları hǝdǝf götürmǝsinǝ daha çox ǝhǝmiyyǝt verdiyini söylǝyib.

ABŞ-da noyabrın 8-dǝ keçirilǝcǝk seçki ǝrǝfǝsindǝ partiyaların namizǝdlǝrini müǝyyǝnlǝşdirmǝ prosesi sürǝtli şǝkildǝ davam edǝrkǝn, Demokrat Partiyanın aprelin 19-da keçirǝcǝyi ilkin seçki hǝyǝcanı zirvǝyǝ çıxıb.



Әlaqәli Xәbәrlәr