Yaponiyada zəlzələ qurbanlarının sayı 18-ə çatdı
aponiyanın Kumamoto şəhərində 7,3 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı18 oldu.
472053

Amerika Geoloji Araşdırmalar Mərkəzi ölkənin cənubundakı Kumamoto şəhərində zəlzələnin yerin 10 kilometr dərinliyində baş verdiyini bildirdi.
Zəlzələnin ardından sunami xəbərdarlığı verildi, lakin bir müddətdən sonra qaldırıldı.
Zəlzələdə bölgədəki atom elektrik stansiyalarına zərər dəymədi.
Bölgədə yeraltı təkanlar davam edir.
Kumamotoda cümə günü olan 6,4 bal gücündəki zəlzələdə 9 nəfər həyatını itirmişdi.