Taksi sürücüləri Uberə qarşı çıxıblar

Alternativ avtomobil icarə sistemi Uberə qarşı çıxan argentinalı taksi sürücüləri paytaxt Buenos Ayresdə etiraz aksiyası keçiriblər

472104
Taksi sürücüləri Uberə qarşı çıxıblar

Dünyanın bir çox şəhərlərində yayılmağa başlayan, alternativ avtomobil icarə sistemi Uberə qarşı çıxan argentinalı taksi sürücüləri paytaxt Buenos Ayresdə etiraz aksiyası keçiriblər.

Uberin tətbiqi xüsusi avtomobil sahiblərinin internet və ağıllı telefonlar vasitəsilə taksi xidməti göstərməsinə imkan yaradır. Sistemin ölkədə rəsmi olaraq xidmətə başlamasına etiraz edən taksi sürücüləri paytaxt Buenos Ayresdəki Uber ofisinə hücum ediblər. Taksi sürücüləriylə Uber sisteminə daxil olan sürücülər arasında qarşıdurma yaşanıb. Taksi sürücüləri vergi ödəməyən xüsusi avtomobil sahiblərinin daha ucuz qiymətə müştəri daşımasına qarşı çıxıb, bu səbəbdən gəlirlərinin düşdüyünü bildiriblər.



Әlaqәli Xәbәrlәr