Səudiyyə Ərəbistanı ABŞ-da 750 milyard dollarlıq aktivlərini satışa çıxara bilər

Səudiyyə Ərəbistanı ABŞ Prezidenti Administrasiyasını bu ölkədə olan 750 milyard dollarlıq aktivlərinin satışı ilə hədələyir.

472117
Səudiyyə Ərəbistanı ABŞ-da 750 milyard dollarlıq aktivlərini satışa çıxara bilər

Ər-Riyadın məqsədi 11 sentyabr 2001-ci ildəki terror hadisələri ilə bağlı Səudiyyə Ərəbistanı hökümətinin ABŞ məhkəmələrində mühakimə edilməməsidir.

CNN telekanalının məlumatına əsasən, Səudiyyə Ərəbistanı istəyir ki, Barak Obama administrasiyası ABŞ Konqresində bununla bağlı yeni qanun layihəsinin qəbuluna yol verməsin.

Daha əvvəl keçmiş senator Bob Qrem bəyan edib ki, 60 gün ərzində B.Obama 11 sentyabr hadisələri ilə bağlı istintaq nəticələrinin 28 səhifəsindən "tam məxfi" qadağasını ləğv edəcək. Ehtimal edilir ki, bu səhifələrdə Səudiyyə Ərəbistanının terror aktları ilə əlaqəsi üzə çıxacaq. Bu isə öz növbəsində, Krallığın ABŞ banklarındakı çox millyardlı hesablarının və aktivlərinin dondurulmasına gətirib çıxara bilər.

Ağ Evin mətbuat xidmətinin məlumatına əsasən, aprelin 21-də B.Obama Ər-Riyada səfər edəcək və Səudiyyə Ərərbistanı Kralı ilə danışıqlar aparacaq.



Әlaqәli Xәbәrlәr