ABŞ gәmisi rus qırıcıları tәrәfindәn tәqib edilib

Amerika Birləşmiş Ştatları donanmasına aid döyüş gəmisi Baltik dənizində Rusiyaya məxsus iki döyüş təyyarəsi tərəfindən tәqib edilib.

470791
ABŞ gәmisi rus qırıcıları tәrәfindәn  tәqib edilib

ABŞ Müdafiə Nazirliyindən verilәn açıqlamada, Rusiyaya mәxsus SU-24 tipli döyüş təyyarələrinin Polşanın Griynia şəhərinə gedən USS Donald Cook gәmisinin üzərində iki gün uçduğu qeyd olunub.

Hadisәnin beynәlxalq sularda baş verdiyi vurğulanan açıqlamada, tәyyarәlәrlә simsiz әlaqә qurulmağa çalışıldığı lakin cavab gәlmәdiyi qeyd olunub.



Әlaqәli Xәbәrlәr