ABŞ-da "Verizon" şirkətinin 40 min əməkdaşı tətil edir

Amerika Birləşmiş Ştatlarında son illərin ən böyük tətillləri keçirilir.

471046
ABŞ-da  "Verizon" şirkətinin 40 min əməkdaşı tətil edir

Ölkənin ən böyük mobil telefon operatoru və ən geniş yayılmış internet xidməti təchizatçılarından olan nəhəng şirkət "Verizon"un 40 min əməkdaşı toplu müqavilə danışıqlarında razılıq əldə olunmayınca tətil etdilər.

Şirkət əməkdaşları yeni müqavilədə pensiyalarda kəsintini nəzərdə tutan tənzimləmələrə qarşı çıxırlar.

Şirkətin tələb etdiyi yeni müqavilə işçilərin səhiyyə xərclərində və iş təhlükəsizlikləri kimi məsələlərdə də əhəmiyyətli kəsintiləri nəzərdə tutur.

Son illərdə milyardlarla dollar qazanan şirkətin bir çox iş qolunun Meksika və Filippin podratçı firmalara verməsi və beləliklə də, yerli iş qüvvəsini 40% azaltması da işçilərin reaksiyasına səbəb olur.

Ölkənin şərq ştatlarında küçə aksiyaları keçirilir.

Aksiyalara qatılanlar əllərində üzərində: "Pensiya Fondlarına Toxunmayın", "Təşkilati Tamahkarlığın Əleyhinəyik" sözləri yazılmış plakatlar daşıyırlar.



Әlaqәli Xәbәrlәr