ABŞ-da 'Demokratiya Baharı' adlı dinc aksiyalar davam edir

Amerika Birləşmiş Ştatlarımda "pulun siyasətdəki təsiri"nə etiraz etmək üçün təşkil olunan 'Demokratiya Baharı' aksiyalarının iştirakçılarının nəzarətə alınma halları davam edir.

470729
ABŞ-da 'Demokratiya Baharı' adlı dinc aksiyalar davam edir

Bir çox qeyri-hökumət təşkilatının Konqres binası qarşısında keçirdiyi dinc etirazların üçüncü günü də təxminən 100 nəfər icazəsiz aksiya keçirmə səbəbi illə saxlanıldı.

Etirazları təqib etmək üçün amerikan mediasından heç bir televiziya və qəzetin aksiya keçirilən məkanda olmaması diqqət çəkdi.

Polis tərəfindən 4-5 saat saxlanıldıqdan sonra sərbəst buraxıldıqlarını bildirən nümayişçilər amerikan mediasının laqeydliyindən şikayət etdilər.

Qeyd edək ki,indiyədək hər hansı bir zorakılıq hadisənin baş vermədiyi etirazların ilk günündə 400, ikinci günündə də təxminən 100 etirazçı saxlanılıb.

Etirazçıların böyük hissəsinin paytaxta təxminən 220 kilometr uzaqlıqdakı Philadelphiadan​ 10 günlük yürüşlə gəldiyi, "Pulu siyasətə soxma", "Hər kəsin bir səsvermə hüququ vardır" yazılı plakatlar daşıdığı dinc aksiyaların cümə gününə qədər davam etməsi gözlənilir.



Әlaqәli Xәbәrlәr