Hollandiyada hava limanında terror həyəcanı

Paytaxt Amsterdamdakı Schiphol hava limanının bir hissəsi şübhəli paket tapıldığı üçün boşaldıldı.

469871
Hollandiyada hava limanında terror həyəcanı

Hadisə ilə bağlı bir nəfər saxlanıldı.

Hava limanı təhlükəsizliyini təmin edən jandarm şübhəli paketin yerləşdiyi hissəni tamamilə boşaltdı.

Ağır silahlarla hava limanının içində və xaricində geniş təhlükəsizlik tədbirləri görüldü, sərnişinlərin giriş və çıxışına icazə verilmədi.

Şübhəli paketlə bağlı araşdırma aparan şəxslər bir adamın nəzarətə alındığını bildirdilər.

Alınan tədbirlərin köməyi ilə təyyarə reyslərində axsama halları olmadı.



Әlaqәli Xәbәrlәr