Girov götürülən gəmi heyətinin geri alınması üçün səylər davam edir
Şirkət gəmi heyətini geri ala bilmək məqsədi ilə mümkün olan hər addımı atdığını, bütün həll yollarına müraciət etdiyini açıqlayıb.

Nigeriyanın Port Harcourt limanının cənubunda girov götürülən "Puli" adlı gəminin aid olduğu şirkət gəmi heyətini geri ala bilmək məqsədi ilə mümkün olan hər addımı atdığını, bütün həll yollarına müraciət etdiyini açıqlayıb.
Şirkətin vəkili Fəhmi Ülgənər mövzuyla bağlı açıqlamasında bildirib ki, Kamerun sahillərinə girən gəmi yeni heyət çatanda limana gəlib lövbər salacaq.
Vəkil Ülgənər girov götürülən heyətin ailələrinə bu çətin günlərində dəstək olmağa davam etdiklərini, bu mərhələdə hər kəsdən xüsusi həyatlara hörmətlə yanaşmalarını istədiklərini söyləyib.
Türkiyənin Abuja səfiri Xaqan Çakıl Türk firmasına məxsus gəminin heyətindən İlkay Olgun, Haluk Buran, Furkan Topçu, Mehmet Babacan, Şükrü Dömbək, Eray Falayın Nigeriyanın Port Harcourt limanının 90 mil cənubunda qatırıldığını bildirmişdi.
Әlaqәli Xәbәrlәr

Niqeriyada qarşıdurma nәticәsindә hәyatını itirәnlәrin sayı 19 nәfәrә çatıb
Nigeriyanın Qombe әyalәtindә iki etnik qrup arasında qarşıdurma olub.