Hiroşima tarixi anlara ev sahibliyi etdi

“Böyük yeddilik" (G7) ölkǝlǝrinin xarici işlǝr nazirlǝri Yaponiyanın Hiroşima şǝhǝrindǝ bir araya gǝldi.

468850
Hiroşima tarixi anlara ev sahibliyi etdi

İkinci Dünya Müharibǝsindǝ 1945-ci il avqustun 26-da ABŞ-ın atdığı atom bombası ilǝ yerlǝ-yeksan olan vǝ 140 min insanın hǝlak olduğu Hiroşima tarixi anlara ev sahibliyi etdi.

“Böyük yeddilik" (G7) ölkǝlǝrinin xarici işlǝr nazirlǝri Yaponiyanın Hiroşima şǝhǝrindǝ bir araya gǝldi.

ABŞ, İngiltǝrǝ, Kanada, Fransa, Almaniya, İtaliya vǝ Yaponiyadan ibarǝt G7 ölkǝlǝrinin xarici işlǝr nazirlǝri ilk olaraq Hiroşima qurbanlarının xatirǝsini yad ediblǝr.

71 il ǝvvǝl Hiroşimada ölǝnlǝrin xatirǝsinǝ ǝklil qoyanlar arasında olan ABŞ dövlǝt katibi Kerri bununla da tarixi addım atdı.

Vǝzifǝdǝ olarkǝn Hiroşimaya gedǝrǝk qurbanların xaritǝsini yad edǝn ǝn yüksǝk sǝviyyǝli amerikalı olan Kerri “Hiroşima Sülh Memorial Parkı"nda olub vǝ parkda yerlǝşǝn muzeydǝki xatirǝ dǝftǝrinǝ bütün dünyanın bu abidǝni görmǝsi vǝ gücünü hiss etmǝsinin vacibliyini yazaraq bildirib ki, bu abidǝ sadǝcǝ nüvǝ silah tǝhdidini başa çatdırma mǝcburiyyǝtimizin deyil, hǝmin zamanda özümüzü bütün hǝrblǝrdǝn imtina etmǝyǝ hǝsr etmǝyimizin vacibliyini bir daha xatırladır. Hǝrb ǝsla hǝll yolu olmamalıdır, hǝrbǝ ancaq son çarǝ kimi müraciǝt edilǝ bilǝr.

“Bu abidǝ hamımızı sülhü tǝmin etmǝyǝ vǝ gǝlǝcǝyin inşa edilmǝsi üçün dünyanı dǝyişdirmǝ cǝhdlǝrimizi artırmağa vadar edir"-deyǝ Kerri dilǝ gǝtirib.

Bu arada G7 ölkǝlǝrinin xarici işlǝr nazirlǝri yığıncağında nüvǝ tǝrk-silah mǝsǝlǝsi müzakirǝ edilǝcǝk.

Ukrayna vǝ Orta Şǝrqdǝki siyasi böhranlarla yanaşı Koreya yarım adasındakı gǝrginlik, dǝniz tǝhlükǝsizliyi vǝ terrorla mübarizǝ mövzuları da müzakirǝ olunacaq.

Cari ilin may ayında Yaponiyanın Mie prefekturasında G7 ölkələri liderlərinin sammiti keçiriləcək.



Әlaqәli Xәbәrlәr