Әfqanıstanda partlayış baş verib

Əfqanıstanın paytaxtı Kabilin Kəməri bölgəsində yol kәnarına yerlәşdirilәn bomba Tәhsil Nazirliyinin әmәkdaşlarının keçişi zamanı partlayıb.

468772
Әfqanıstanda  partlayış baş verib

Hadisә nәticәsindә 2 nәfәr hәlak olub, 7 nәfәrsә yaralanıb.

Әfqanıstan Tәhsil Nazirliyinin sözcüsü Mucip Mehirdad xәstәxanaya yerlәşdirilәn yaralıların vәziyyәtinin ağır olmadığını deyib.

Hücuma görә mәsuliyyәti hәlә ki öz üzәrinә götürәn olmayıb.

Qeyd edәk ki, Әfqanıstanda 2014-cü ilin sonlarından etibarәn tez-tez hökumәt nümayәndәlәrinә vә mülki vәtәndaşlara hücumlar tәşkil edilir.

Parvan şәhәrindә fevral ayında baş verәn intihar hücumunda 14 nәfәr hәyatını itirmişdi, 11 nәfәsә yaralanmışdı.



Әlaqәli Xәbәrlәr