Fransada iş qanunu layihǝsindǝn reaksiyalar davam edir

Ölkənin müxtǝlif şǝhǝrlǝrindǝ tǝşkil edilǝn etiraz aksiyaları zamanı polis ilə nümayişçilǝr arasında baş verǝn qarşıdurmalarda 19 nǝfǝr yaralanıb. Xeyli sayda aksiyaçı isǝ nǝzarǝtǝ alınıb.

467975
Fransada iş qanunu layihǝsindǝn reaksiyalar davam edir

Fransanada gǝrginliyin hökm sürmǝsinǝ sǝbǝb olan yeni qanuna görə, gündə ǝn çox 10 saat olan iş saatı 12-yǝ qaldırılacaq. Şirkət və işə götürənlər, işçilərinin iş saatını artırma və maaşlarını salma səlahiyyətinǝ sahib olacaqlar.

18 yaşından kiçik, şagirdlik tǝlimi keçǝn uşaqların gündə 10 saata qədər işlədilmǝlǝri qanunlara zid hesab edilmǝyǝcǝk.


Etiketlәr: #aksiya , #Fransa , #iş qanunu

Әlaqәli Xәbәrlәr