“Böyük yeddilik” ölkələrinin XİN yığıncağı Yaponiyada keçirilir

“Böyük yeddilik” (G-7) ölkələrinin xarici işlər nazirləri yığıncağı Hiroşimada “Grand Prince” Oteldǝ keçirilir.

468177
“Böyük yeddilik” ölkələrinin XİN  yığıncağı Yaponiyada keçirilir

Əldǝ edilǝn mǝlumata görǝ Almaniyanın xarici işlər naziri Frank-Valtir Staynmayer təyyarəsində yaranan nasazlıq səbəbindən şǝhǝrǝ vaxtında gəlib çata bilməyib.

Yaponiya Xarici işlər nazirliyi F.V.Ştaynmayerin G7 xarici işlər nazirlərinin bütün rəsmi görüşlərində iştirak etməyəcəyi barədə məlumat yayıb. Eyni zamanda, almaniyalı nazirin yapon həmkarı ilə ikitərəfli görüşü də təxirə salınıb.

Proqrama əsasən, aralarında ABŞ-ın dövlət katibi Con Kerinin də olduğu görüş iştirakçıları rəsmi müzakirələrdən əlavə, Sülh parkını ziyarət edəcəklər. Nazirlər üçün hazırlanan mədəni proqramda Yaponiyanın gözəl guşələrindən biri hesab olunan Miyacima adasındakı İtsukusuma şintoist məbədinə səfər də nəzərdə tutulur. Aprelin 11-də isə Yaponiyanın xarici işlər naziri Fumio Kişida yekun mətbuat konfransı keçirəcək. Bundan sonra jurnalistlərlə digər nazirlərin görüşü də gözlənilir.



Әlaqәli Xәbәrlәr