Suriyada "təhlükəsizlik zonası"

Suriyanın şimalında Türkiyə sərhədində yerləşən Hələb şəhərinin Çobanbəy bölgəsini terror təşkilatı DEAŞ-dan təmizləyən müxalif qüvvələr eyni zamanda" təhlükəsiz zonası"nın yaradılması istiqamətində uğur qazandılar.

467481
Suriyada "təhlükəsizlik zonası"

Müxaliflər ələ keçirdikləri Çobanbəyi dörd istiqamətdən mühasirəyə alaraq, bölgəyə təxminən 1200 əsgərlə girdilər.

Qarşıdurmalar zamanı 100-dən çox DEAŞ terrorçusunun zərərsizləşdirildiyi müəyyən edildi. Ancaq çox sayda terrorçu da Bab və Mümbiç qəsəbələrinə qaçdı.

Türkiyənin gündəmə gətirdiyi "təhlükəsiz zonası" Suriyadakı toqquşmalardan qaçan mülki əhalinin təhlükəsizliyini təmin edəcək məskunlaşma sahəsinin yaradılmasını nəzərdə tutur.

Qaziantepin Karkamış qəsəbəsinin qarşı tərəfində olan Hələbin Cerablus qəsəbəsindən Kilis qarşısındakı Azez qəsəbəsinə qədər uzanan xətt 98 kilometrlik bir sahəyə yayılır. Humanitar ehtiyacların rahat şəkildə ödənilməsi üçün Suriya ərazisinin içinə doğru 45 kilometrlik "təhlükəsizlik zonası"nın yaradılması planlaşdırılır.

Türkiyə bölgəni Hələb başda olmaqla bütün Suriyadan yeni qaçan mülkü vətəndaşların toplana biləcəyi və ya Türkiyəyə keçmiş suriyalıların istədikləri halda yerləşəcəyi bir zona olaraq nəzərdə tutur.



Әlaqәli Xәbәrlәr