BMT Təhlükəsizlik Şurası İsraillə əlaqədar yeni qərar layihəsi hazırladı

İsrailin işğal etdiyi torpaqlarda qeyri-qanuni məskunlaşmalarının dayandırılmasını istəyən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası yeni qərar layihəsi hazırlayıb.

467503
BMT Təhlükəsizlik Şurası İsraillə əlaqədar yeni qərar layihəsi hazırladı

Hələlik son variantı açıqlanmayan layihədə İsrailin işğal etdiyi Fələstin torpaqlarındakı qeyri-qanuni məskunlaşmasının iki dövlətli həll yolunun qarşısında ən böyük maneə olduğu vurğulanır və bu hərəkətlərin dərhal dayandırılması istənir. Müzakirə mövsusu olan torpaqlarda məskunlaşan israillilər tərəfindən həyata keçirilən hər cür "terror aktı" və fələstinlilərə aid mülklərin dağıdılmasının dayandırılmasını tələb edilən qanunda hər iki tərəfə təmkinli davranmaq tövsiyə edilir. Layihənin Təhlükəsizlik Şurasına nə zaman təqdim ediləcəyi və digər üzvlərin necə reaksiya verəcəyinə dair hələ heç bir açıqlama yoxdur. İsrailin BMT-dəki daimi nümayəndəsi Danny Danon isə məsələyə münasibət bildirərkən qərar layihəsini tənqid edib və onu həll prosesi üçün "qısa yol" olmadığını söyləyib.

Xatırladaq ki, Fələstin Şuradakı ərəb üzvlərin dəstəyi ilə 2014-ci ilin sonunda İsrailin işğalı müəyyən müddətə dayandırmasını tələb edən qərar layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim etsə də layihə müsbət cavablandırılmamışdı.

Layihənin qəbul edilə bilməsi üçün İsrailin istəmədiyi qanunları davamlı veto edən Şuranın daimi üzvü Amerika Birləşmiş Ştatlarının dəstəyi lazımdır.



Әlaqәli Xәbәrlәr