ABŞ seçicilərinə görə Donald Trump prezidentliyə "ən pis" namizəddir

ABŞ seçicilərinin gözündə ən pis prezidentliyə namizəd iş adamı Respublikaçı Donald Trumpdur.

467552
ABŞ seçicilərinə görə Donald Trump prezidentliyə "ən pis" namizəddir

Seçicilərin Demokrat namizəd Hillari Klinton haqqında fikirləri də müsbət deyil.

ABŞ-da prezident seçkiləri uğrunda gedən mübarizədə seçicilərin fikirləri ilə bağlı aparılan araşdırmanın nəticələri açıqlanıb.

Keçən həftə 76 min nəfər arasında keçirilən sorğunun nəticəsinə görə iş adamı Respublikaçı Donald Trump respondentlərin 69 faizinin fikirləri ilə "ən pis" namizəddir.

Meksikalılara görə "təcavüzçü və cinayətə meylli" kimi xarakterizə edilən Trump müsəlmanların Amerika Birləşmiş Ştatlarına girişinin qadağan edilməsini istəmişdi.

Araşdırmada iştirak edənlərin 55 faizi Demokrat namizəd Hillari Klinton haqqında da "mənfi" fikirdə olublar.



Әlaqәli Xәbәrlәr