ABŞ və Körfəz Əməkdaşlıq Şurası üzvləri xarici işlər nazirlərinin görüşü

Jon Kerry Ərəb yarımadasındakı problemlərin həlli üçün Körfəz Əməkdaşlıq Şurası ilə NATO arasında əməkdaşlığın təmin edilməsinin lazım olduğunu söyləyib.

466865
ABŞ  və Körfəz Əməkdaşlıq Şurası üzvləri xarici işlər nazirlərinin görüşü

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Jon Kerry Ərəb yarımadasındakı problemlərin həlli üçün Körfəz Əməkdaşlıq Şurası ilə NATO arasında əməkdaşlığın təmin edilməsinin lazım olduğunu söyləyib.

Bəhreynin paytaxtı Manamada təşkil edilən ABŞ - Körfəz Əməkdaşlıq Şurası üzvləri xarici işlər nazirlərinin yığıncağından sonra Kerry və Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl Cubeyr birgə mətbuat konfransı keçiriblər. Amerikanın Dövlət katibi ölkəsinin körfəz ölkələri, regional, təhlükəsizlik və iqtisadi məsələlərdə yaxın münasibətlərə əhəmiyyət verdiyini qeyd edib. Suriyadakı müvəqqəti atəşkəs məsələsindən narahatlıq hissi keçirdiyini deyən Kerry həll üçün tərəflərin siyasi dönüş mərhələsini müzakirə etmək mə​qsə​dilə​ Cenevrə danışıqları masasına əyləşmələrinin vacibliyini söyləyib. Kerry Yəmən hadisələri mövzusunda da ABŞ-ın Səudiyyə Ərəbistanı və digər ölkələrin aprelin 10-da atəşkəsin tam təmin edilməsi və aprelin 18-də müzakirələrin başlaması üçün hücumların dayandırılması məsələsində səylərini dəstəklədiyini dilə gətirib. İranın bölgədəki sabitliyə zərbə vurmaq istiqamətindəki provokasiya xarakterli əməllərinin Körfəz ölkələrində narahatlıq yaratdığını da dilə gətirib.

Səudiyyə Ərəbistanı xarici işlər naziri Cubeyr də toplantıda Vaşinqtonun Körfəz Əməkdaşlıq Şurası üzvlərinin hər hansı xarici hücuma qarşı təhlükəsizliklərini təmin edəcəyinə dair öhdəliklərini müzakirə etdiklərini deyib. Cubeyr İranı qonşuları ilə əlaqələrini normallaşdırmaq üçün bölgə ölkələrinə müdaxiləni dayandıraraq təhlükəsizlik və sabitlik səylərini dəstəkləməyə çağırıb.



Әlaqәli Xәbәrlәr