Shadi Hamid: " Ərdoğan Suriya mövzusunda Obamadan daha haqlı mövqedədir "
Brookings İnstitutunun tədqiqatçısı Shadi Hamid Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya mövzusunda Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamadan daha haqlı bir mövqedə olduğunu ifadə etdi.
466251
Turkish Heritage Organization (THO) tərəfindən Waşhinqtonda təşkil edilən və ABŞ-ın Yaxın Şərq siyasətinin masaya qoyduğu paneldə danışan Hamid: "Türkiyə, bir neçə dəfə ABŞ-ı Suriya mövzusunda daha məsuliyyətli addımlar atmağa dəvət etdi. Ancaq Obama rəhbərliyi buna cavab vermədi" dedi.
Shadi Hamid Obama rəhbərliyinin Orta şərqdə və xüsusilə Suriyada passiv qalmağa üstünlük verməsinin 11 Sentyabrdan sonra müdaxiləçi xarici siyasət yürüdən Bush rəhbərliyi qədər zərərli nəticələr doğurduğunu vurğulayaraq, bu passiv yanaşmanın Suriyadakı minlərlə günahsız insanın ölümünə zəmin hazırladığını ifadə etdi.
Hamid Obama rəhbərliyinin yalnız Türkiyəni deyil, bölgədəki bütün müttəfiqlərini Suriya mövzusunda çətin vəziyyətdə buraxdığını da söylədi.