ABŞ İraqda yeni bazalar yaratmağı planlaşdırır

ABŞ Mosul əməliyyatında iştirak edən yerli əsgərlərə dəstək olmaq məqsədilə İraqda yeni hərbi bazalar yaradacaq.

466061
ABŞ İraqda  yeni bazalar yaratmağı  planlaşdırır

Amerika Birləşmiş Ştatları terror təşkilatı DEAŞ ilə mübarizə çərçivəsində İraqda yeni bazalar yaratmağı planlaşdırır.

İraq ordusunun Mosulu terror təşkilatı DEAŞ-ın işğalından azad etmə​k üçün başladığı əməliyyatlar isə davam edir.

ABŞ rəhbərliyindəki koalisiya qüvvələri də İraq ordusuna dəstək vermәyә hazırlaşır.

ABŞ Müdafiә Nazirliyindәn verilәn açıqlamada, İraq tәhlükәsizlik qüvvәlәrinә dәstәk vermәk mәqsәdi ilә yeni bazalar yaratmağı planlaşdırdıqları vurğulanıb.

Qeyd edәk ki, ABŞ ötәn ay Mahmur bölgәsinin yaxınlığında tәhlükәsizlik mәqsәdi ilә baza yaratdığını bildirmişdi.


Etiketlәr: #ABŞ , #İraq , #Mosul , #İraq ordusu

Әlaqәli Xәbәrlәr