Edam cəzaları xeyli artıb

Beynəlxalq Əfv Təşkilatı keçən il dünyada 1634 edam cəzası tətbiq edildiyini bildirib.

465844
Edam cəzaları xeyli artıb

Beynəlxalq Əfv Təşkilatı keçən il dünyada 1634 edam cəzası tətbiq edildiyini bildirib.

Təşkilat bu rəqəmlərin 2014-cü illə müqayisə​də​ 50 faiz artaraq son 25 ilin ən yüksək həddində olduğunu qeyd edib.

Təşkilatın yayımladığı hesabatda edamların 80-90 faizinin İran, Pakistan və Səudiyyə Ərəbistanda olduğu bildirilib.

Çin rəhbərliyi edamları gizli tutduğu üçün hesabatda bununla bağlı məlumata yer verilməyib.

Beynəlxalq Əfv Təşkilatı​nın hesabatında bütün ölkələrdə qətliam olaraq qələmə verilən edam cəzasının ləğv edilməsinə​ dair istə​k də​ yer tutub.



Әlaqәli Xәbәrlәr