Bəşər Əsəd Suriyaya humanitar yardımlar göndərilməsinə mane olur

Bu fikir Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının toplantısında səsləndirilib

465653
Bəşər Əsəd Suriyaya humanitar yardımlar göndərilməsinə mane olur

BMT Təhlükəsizlik Şurasının toplantısı Suriyadakı humanitar vəziyyətlə bağlı olub. Qurumun humanitar işlər üzrə məsul katib müavini və Təcili Yardım Koordinatoru Stefan O'Brien şura üzvləri üçün brifinq keçirib. Toplantıdan sonra jurnalistlərə açıqlama verən Amerika Birləşmiş Ştatlarının BMT-dəki daimi nümayəndəsi Samanta Pover Suriya rejimi altında olan bölgələrə humanitar yardımların çatdırılmasında problemlərin mövcud olduğunu söyləyib. Pover onu da bildirib ki, “Deraya bölgəsinə 2012-ci ildən bəri BMT tərəfindən heç bir ərzaq yardımı göndərmək mümkün olmayıb".

Qeyd edək ki, O'Brien keçən həftə verdiyi açıqlamada adıçəkilən bölgədə insanların aclıqdan ot-alaq yediklərini bildirmişdi. Stefan Power isə Suriya rejimi üzərində təsiri olan bütün tərəflərdən humanitar yardım nəqliyyatının həmin bölgələrə maneəsiz daxil olmaları üçün təsir göstərmələrini istəmişdi.



Әlaqәli Xәbәrlәr