ABŞ Saleh Әbdüsselamı terror siyahısına salıb

Amerika Birləşmiş Ştatları Fransanın paytaxtı Parisdə 2015-ci ilin noyabr ayında terror aktını törәdәn Saleh Әbdüsselami terror siyahısına salıb.

465734
ABŞ  Saleh Әbdüsselamı terror siyahısına salıb

ABŞ Dövlәt Departamentindәn verilәn açıqlamada, ABŞ-ın milli tәhlükәsizliyini, iqtisadiyyatını vә xalqını hәdәf alan Saleh Әbdüsselamin ''Xüsusi olaraq müəyyən edilmiş qlobal terrorçular" siyahısına salındığı bildirilib.

Açıqlamada Saleh Әbdüsselamin ABŞ-da mail әmәliyyatları hәyata keçirә bilmәyәcәyi vә malik olduğu kapitalının dondurulacağı bildirilib.

Bәyanatda hәmçinin Fransa vәtәndaşı Saleh Әbdüsselamin DEAŞ üzvü olduğu da qeyd olunub.

Xatırladak ki, Әbdüsselam Brüsselin Molenbeek bölgәsindә hәyata keçirilәn әmәliyyat nәticәsindә saxlanılmışdı.



Әlaqәli Xәbәrlәr