Qvineya yenidən Ebola virusu ilə üz-üzə qaldı

Qvineyada Ebola virusunun yayılmasına və mümkün terror hadisələrinə qarşı tədbirlər üst səviyyəyə çıxarıldı.

465137
Qvineya yenidən Ebola virusu ilə üz-üzə qaldı

Qvineya bir tərəfdən sərhəd qonşusu Kot-d İvuarda Qran Basam Otelində 13 martda törədilən terror hücumundan sonra təhlükəsizlik tədbirlərini gücləndirir, digər tərəfdən bir neçə həftə əvvəl yenidən baş qaldıran Ebola virusu ilə mübarizə etməyə çalışır.

Jandarm sözçüsü Mamadu Alpha Barry mümkün terror təhdidinə qarşı operativ müdaxilə edə biləcək birləşmələrin hazır vəziyyətdə olduğunu, ictimai yerlərdə, otel və turistlərin yerləşdiyi digər ərazilərdə təhlükəsizlik səviyyəsinin yüksəldildiyini bildirdi.

Digər tərəfdən, Ümumdünya Səhiyyə Təşkilatının Qvineyada keçən il kökü kəsildiyini elan etdiyi Ebola virusu, mart ayının əvvəlində yenidən ortaya çıxdı.

İlin başından bu günədək Ebola virusundan​ 7 insan həyatını itirib.

Ümumdünya Səhiyyə Təşkilatının​ son hesabatına görə, ölkədə 171-i yüksək olmaqla mindən artıq insan Ebolaya yaxalanma riski altındadır.



Әlaqәli Xәbәrlәr