Obama NATO-nun rəhbəri ilə görüşdü

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama Ağ Evdə NATO-nun baş katibi Cens Stoltinberqlə görüşüb.

464633
Obama NATO-nun rəhbəri ilə görüşdü

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama Ağ Evdə NATO-nun baş katibi Cens Stoltinberqlə görüşüb.

Görüşdən sonra mətbuata açıqlama verən prezident Obama dünyanın ağrılı və çətin bir dönəmdən keçdiyini söyləyərək "NATO təhlükəsizliyimizin təməl daşıdır" deyə vurğulayıb.

Obama NATO-nun terror təşkilatı DEAŞ-la mübarizədəki fəaliyyəti ilə yanaşı həmçinin Əfqanıstandakı missiyası və Avropada yaşanan miqrasiya böhranına verdiyi dəstəyə görə təşəkkür edib. Ağ ev rəhbəri NATO-nun Liviya, İraq, İordaniya və digər ölkələrdə də terror qruplaşmaları ilə mübarizəyə dəstək verə biləcəyini qeyd edib. Avropanın qlobal təhlükəsizlik sistemində ən çox gərginliyin yaşandığı qitə olduğunu vurğulayan Barak Obama “NATO bizim müştərək təhlükəsizlik siyasətimizin təməl daşı olmağa davam edir" deyə bildirib.

NATO-nun baş katibi Stoltinberq də rəhbəri olduğu qurumun bugün hər zamankındən daha əhəmiyyətli olduğunu qeyd edib. NATO-nun dünyanın təhlükəli bölgələrində vəzifəsinin icrasını davam etdirdiyini xatırladan Stoltinberq ittifaqın iraqlı təhlükəsizlik qüvvələrinə təlimlər keçməyə başladığını da deyib. Qurum rəhbəri DEAŞ terror təşkilatının mövcud olduğu ölkələri dəstəkləmək və sabitliyin əldə edilməsi üçün hər zaman köməyə hazır olduqlarını söyləyib.



Әlaqәli Xәbәrlәr