Misirdə yanacaq daşıyan maşın aşdı

Misirdə yanacaq daşıyan yük maşınının aşması faciəylə nəticələnib.

465245
Misirdə yanacaq daşıyan maşın aşdı

Qəza törədərək aşan avtomobil bir müddət elə bu vəziyyətdə yolun kənarında qaldıqdan sonra birdən–birə alışıb. Bir göz qırpımında göyə qalxan alov avtomobilin yaxınlığındakı iki nəfəri də yandırıb. Onların həyatını xilas etmək mümkün olmayıb.

Alov ətrafdakı maşınlara da sıçrayıb və onlar da yanaraq kül olublar . Yanğın sürətlə yayılaraq yaxınlıqdakı tikililərə də keçib. Sakinlərin və yanğınsöndürənlərin səyi nəticəsində alovun qarşısını almaq mümkün olub.



Әlaqәli Xәbәrlәr