Con Kerri Sergey Lavrovla Dağlıq Qarabağdakı son hadisələri müzakirə etdi

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Con Kerri rusiyalı həmkarı Sergey Lavrov arasında son günlərdə Ermənistan-Azərbaycan cəbhə xəttində yaşanan gərginliklə bağlı telefon danışığı olub.

464661
Con Kerri Sergey Lavrovla Dağlıq Qarabağdakı son hadisələri müzakirə etdi

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Con Kerri və rusiyalı həmkarı Sergey Lavrov arasında son günlərdə Ermənistan-Azərbaycan cəbhə xəttində yaşanan gərginliklə bağlı telefon danışığı olub.

ABŞ Dövlət katibliyinin sözcüsü Mark Toner mətbuat konfransında hər iki nazirin Ermənistan və Azərbaycanı Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının dəstəyi ilə təkrar danışıqlara çağırdıqlarını bildirib. Dağlıq Qarabağda baş verən hadisələrdə hərbçilərlə yanaşı dinc əhalinin də öldüyünü dilə gətirən Toner “iki tərəfə də yaranan gərginliyin qarşısını almaq istiqamətində çağırış edirik" deyə bildirib.

Amerika prezidentinin köməkçisi Joe Bayden sosial media hesabından verdiyi şərhdə bölgədə sabitliyin, təhlükəsizliyin və rifahın təmin edilməsi üçün Dağlıq Qarabağ bölgəsində davamlı sülhün reallaşmasının lazım olduğunu qeyd edib.

Bu arada, ABŞ-ın paytaxtı Vaşinqtondakı Ermənistan səfirliyi qarşısına toplanan bir qrup azərbaycanlı Ermənistanın hücumları nəticəsində baş verən insan itkilərinə etiraz ediblər.



Әlaqәli Xәbәrlәr