ABŞ Hərbi Donanması Oman dənizində qaçaq silah ələ keçirdi

Amerika Birləşmiş Ştatlarının Hərbi Donanması Oman dənizində İrandan Yəmənə qaçaq yolla aparıldığı təxmin olunan əhəmiyyətli miqdarda silah ələ keçirdi.

465049
ABŞ Hərbi Donanması Oman dənizində qaçaq silah ələ keçirdi

ABŞ Hərbi Donanması Komandanlığından verilən məlumatda donanmaya aid gəmi tərəfindən "Ərəb qayığı" olaraq tanınan və heç bir ölkəyə aid bayrağı olmayan bir gəminin martın 28-də saxlanıldığı bildirilir.

Gəmidə aparılan axtarış nəticəsində 1500 Kalaşnikof, 200 minaatan və 21 pulemyot aşkar olunduğu qeyd edilən məlumatda silahların İrandan Yəməndəki Husilərə aparıldığı ifadə edilir.

Silahların hazırda Amerikan donanmasında olduğu, müsadirədən sonra gəminin və ekipaj üzvlərinin buraxılmasına icazə verildiyi bildirilən məlumatda ekipajın buraxılmasına hər hansı bir ölkədən mühakimə tələbi gəlmədiyi üçün icazə verildiyi deyilir.

ABŞ Hərbi Donanması​ ələ keçirilən silahların son bir neçə həftə ərzində İrandan yola çıxdığı təxmin olunan üçüncü nəqli olduğunu bildirir.

Fevral və mart aylarında Avstraliya və Fransaya aid döyüş gəmiləri Oman Dənizində olan iki müxtəlif insidentdə bənzər miqdarda silah ələ keçirmişdilər.



Әlaqәli Xәbәrlәr