Nüvə Təhlükəsizlik Sammiti Vaşinqtonda başladı

Terror hücumları ilə Şimali Koreyanın nüvə təhdidlərinin artdığı bir dövrdə, dünya liderləri qlobal təhlükəsizlik məsələlərini Vaşinqtonda müzakirə edir.

462401
Nüvə Təhlükəsizlik Sammiti Vaşinqtonda başladı

50-dǝn çox ölkənin dövlət və hökumət başçıları, "nüvə materiallara nǝzarǝt etmǝyi" hədəf götürǝn Nüvə Təhlükəsizlik Zirvəsi üçün bir araya gəlib.

Bu önǝmli sammitdǝ Türkiyəni Dövlǝt başçısı Rəcəb Tayyib Ərdoğan təmsil edir.

Sammitin gündǝmini nüvə materialların DAEŞ kimi terror təşkilatlarının əlinə keçməsinin qarşısının necǝ alınacağı mǝsǝlǝsi tǝşkil edir.

Sammitdə radioaktiv maddə ehtiyatlarının azaldılması və daha təhlükəsiz halda necə mühafizǝ edilǝcǝyi kimi məsələlər də müzakirə olunacaq.

Müzakirǝ olunacaq mövzulardan biri dǝ Nüvə təhlükəsizliyi təmin etmək məqsədilə fǝaliyyǝt göstǝrǝn təşkilatlardan ibarət beynəlxalq şəbəkənin gücləndirilməsidir.

Zirvə Ağ evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanın iştirakçılar şərəfinə verdiyi axşam yeməyi ilǝ başlayıb.

Vaşinqtondakı Konqres Mərkəzindəki iclaslarda da nüvə təhlükəsizliyi inkişaf etdirmək sahǝsindǝ milli və beynəlxalq miqyasda görüləcək tədbirlər müzakirə ediləcək.

Qeyd edǝk ki, nüvə silahlanmasından narahatlıq duyulan və Qərb ilə münasibətlərində gərgin bir dövr yaşayan Rusiya sammitə qatılmır.

Nüvə silah istehsalında ilk yeri tutan Pakistan da sammitdə iştirak etmir.



Әlaqәli Xәbәrlәr