Çavuşoğlu Beynəlxalq Atom Enerjisi Təşkilatının baş direktoru Yukiya Amanoyu qəbul edib

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Nüvə Təhlükəsizlik Zirvəsi çərçivəsində Vaşinqtonda əhəmiyyətli görüşlər keçirib.

462423

Mövlud Çavuşoğlu ilk olaraq Beynəlxalq Atom Enerjisi Təşkilatının baş direktoru Yukiya Amanoyu qəbul edib.

Görüşdə nazir Çavuşoğlu Türkiyənin nüvə enerji proqramı mövzusunda Amanoyuya məlumat verib.

Nazir Çavşuoğlunun Tayland Xarici İşlər naziri Don Pramudinai ilə keçirdiyi görüşdə hər iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi və gücləndirilməsi məsələsi müzakirə edib.

Çavuşoğlu həmçinin Avstraliyanın Xarici İşlər naziri Juli Bişop ilə də görüşüb.

Görüşdə Avstraliyada Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə və Avstraliyanın Xarici İşlər nazirlərinin keçiriləcək konfransı haqqında da fikir mübadiləsi aparılıb.

Mövlud Çavuşoğlunun həmkarları ilə görüşlərində Suriyadakı vəziyyət və DEAŞ-la mübarizə məsələsi də müzakirə edilib.

Әlaqәli Xәbәrlәr