Adı 800 milyon dollarlıq rüşvətdə hallanır

Braziliya dövlət başçısı Dilma Russeff haqqındakı korrupsiya iddiaları dalğalanır

462717
Adı 800 milyon dollarlıq rüşvətdə hallanır

İddiaya görə, istefası istənilən Russeffin parlament tərəfindən vəzifədən çıxarılma ehtimalı var. Yüz minlərlə adam onun istefasını istəyən nümayişlərini davam etdirir.

Russeff tərəfdarları isə küçələrə tökülərək dövlət başçılarına dəstək verib.

Müxtəlif şəhərlərdə keçirilən aksiyalara minlərlə braziliyalı qatılıb.

Xatırladaq ki, Dilma Russeff haqqında 2003-2010-cu illərdə dövlətə aid enerji şirkəti “Petrobras"a rəhbərlik etdiyi zaman 800 milyon dollarlıq sui-istifadə etdiyi, tenderdə fəsad yaratdığı, səlahiyyətlilərdən rüşvət aldığı ittihamları var.



Әlaqәli Xәbәrlәr