Yәmәndә әtәşkәs rejimi aprelin 10-da qüvvəyə minəcək

Bu barədə Yəmən Xarici işlər naziri Əbdülməlik əl-Mihlafi bildirib.

461919
Yәmәndә әtәşkәs rejimi aprelin 10-da qüvvəyə minəcək

Səudiyyə Ərəbistanının paytaxtı Әr-Riyadda Amerika Birləşmiş Ştatlarının Sənadakı səfirini Matthew Tuelleri qəbul edən Yəmən Xarici işlər naziri Əbdülməlik əl-Mihlafi:

"Hökumət, sülhün təmin edilməsini istəyir və aprelin 10-da gecə yarısından etibarən atəşkəs olacaq. Hər iki tərəfin buna əməl etməsi lazımdır" deyib.

Mihlafi, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının, 14 aprel 2015-ci il tarixində keçirilən iclasında Yəmənə bağlı əldə olunan qərarın tətbiq olunması və sülhün təmin edilməsi üçün BMT-nın Yəmən üzrə xüsusi nümayəndəsi İsmayıl Vild Şeyx Əhməd Beynəlxalq Ailələrlə iş birliyi çərçivəsində, aprelin 18-də Küveytdəbaşlayacaq Yəmən müzakirələrinə hazır olduqlarını və bu danışıqların müvəffəqiyyətlə nəticələnməsini arzu etdiklərini söyləib.

ABŞ-ın Sənadakı səfiri Tueller də, BMT qərarının tətbiq olunması və sülhün təmin edilməsi məsələsində Yəmən hökumətinin yanında olduqlarını bildirib.



Әlaqәli Xәbәrlәr