Joseph Dunford: "Rusiyanın Suriyaya girməsiylə Əsəd rejimi təkrar güc qazandı"

Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Baş qərargah Rəisi General Joseph Dunford Rusiyanın,DEAŞ terror təşkilatına qarşı döyüşmək üçün girdiyi Suriyada Bəşər Əsəd rejimini dəstəkləyərək güclənməsini təmin etdiyini söylədi.

460912
Joseph Dunford: "Rusiyanın Suriyaya girməsiylə Əsəd rejimi təkrar güc qazandı"

Dunford Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (CSIS) qatıldığı konfransda Rusiyanın Suriyadakı rolu ilə əlaqədar çıxış etdi.

" Əsəd rejimi keçən ilin iyul, ya da avqust ayında pis vəziyyətdə idi, bu anda isə bu rejimin sabitliyi təmin olunub" deyən Dunford Rusiyanın Suriyaya girməsiylə Əsəd rejiminin təkrar güc qazandığını ifadə etdi.

Dunford çıxışını belə davam etdirdi:

"Qarşımıza belə bir sual çıxır: Rusiya niyə ilk başda oraya girmişdi? Bildirdikləri səbəbə görə DEAŞ-a qarşı mübarizə edəcəkdilər. İndi isə Suriyadan çəkildiklərini söylədilər. Mənə görə, DEAŞ-a qarşı hələ görülməli iş var. Suriyaya daxil olma niyyətlərindən əmin deyiləm. Lakin qəti olaraq Əsədi gücləndirmək mövzusunda təsirli oldular. "



Әlaqәli Xәbәrlәr