İsrail məhkəməsi kamera önündəki cinayət üçün "kifayət qədər dəlil yoxdur" dedi

İsrail məhkəməsi İordan Çayının qərb sahilindəki Əl-Xəlil şəhərində bir İsrail əsgərinin yerdə yaralı halda yatan fələstinli gənci kamera qarşısında öldürməsi ilə bağlı iddiada, hərbi hakim: "şübhə var, amma yetərli dəlil yoxdur" dedi.

460914
İsrail məhkəməsi kamera önündəki cinayət üçün "kifayət qədər dəlil yoxdur" dedi

İsrail əsgərinin şəxsiyyəti ilə bağlı məhkəmə tərəfindən verilən məxfilik qərarı isə davam edir.

Hadisə Fələstin ictimaiyyətinin qəzəbinə səbəb olub.

Beynəlxalq ictimaiyyət də hadisə ilə əlaqədar reaksiyasını göstərib.

Birləşmiş Millətlər Təşkilatı yaralı fələstinlinin vurularaq öldürülməsini "dəhşətli, əxlaqsız və qeyri- ədalətli" kimi xarakterizə edərək, qınamışdı.

İsrail ordusu isə görüntünün yayımlanmasından sonra verdiyi yazılı açıqlamada, hadisə ilə bağlı cinayət işi açıldığını, istintaq tamamlana qədər də əsgərin vəzifə xidmətinin dayandırıldığını bildirmişdi.

Cümə axşamı günü israil əsgərlərinin işğal altında olan İordan çayının qərb sahilində "bir əsgəri bıçaqladıqları" iddiası ilə 21 yaşındakı Fələstinli Əbdülfəttah eş-Şərifi və yenə 21 yaşlı Rəmzi el-Kasravini öldürdükləri bildirilmişdi.

Hadisədən bir neçə saat sonra bir İsrail əsgərinin, yerdə yaralı halda yatan Əbdulfəttah eş-Şerifi başından vuraraq öldürdüyü anın görüntüləri ortaya çıxmışdı.



Әlaqәli Xәbәrlәr