ABŞ İranı nüvə təhlükəsizliyi sammitinə dəvət etməyib
ABŞ İranı nüvə təhlükəsizliyi sammitinə dəvət etməyib, çünki Vaşinqton hesab edir ki, bütün iştirakçılar prosesdə konstruktiv rol oynamalıdır.
460909
Bu barədə Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının direktoru Lora Xolqeyt bildirib.
“Sammitin məqsədi ümumdünya diskussiya üçün arena olmaq yox, müxtəlif yanaşma və perspektivi olan ölkələr arasında məsuliyyətli diskussiyalar üçün bir meydança olmaqdır", - deyə o bildirib.
“Biz ölkələrin konstruktiv rol oynayacağını gözləyirik. İran bu səbəbdən dəvət almayıb", - deyə Xolqeyt əlavə edib.