Keşiş miqrantlar üçün toplanan pulları qumarda uduzdu

Kanadada miqrantlar üçün toplanan pulları qumarda uduzduğu iddia edilən keşiş vəzifəsindən alındı.

460594
Keşiş miqrantlar üçün toplanan pulları qumarda uduzdu

Ontario ştatına bağlı London şəhərindəki Xaldey Kilsəsinin keşişi Amir Saka haqqında kilsə rəhbərliyinin müraciəti ilə istintaq başladılıb.

Qumarda 500 min Kanada dolları uduzduğu irəli sürülən Saka tabe olduğu Yepiskop Emanuel Shaleta tərəfindən vəzifəsindən azad olundu.

Saka istintaq bitdikdən sonra hakim qarşısına çıxacaq.

London St. Joseph Xaldey Kilsəsi İraqdakı bəzi xaldeylərin Kanadaya aparılmasına sponsor olmaq üçün yardım kampaniyaları keçirir.



Әlaqәli Xәbәrlәr